40 yaşlı Musleradan möhtəşəm çıxış

23.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

40 yaşlı Musleradan möhtəşəm çıxış

“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera Cənubi Amerikanın ən nüfuzlu klub turniri - Libertadores Kubokunun yarımfinalında göstərdiyi möhtəşəm performansla diqqət mərkəzinə düşüb.

QOL.az xəbər verir ki, uruqvaylı qolkiperin çıxış etdiyi Argentinanın “Estudiantes” klubu yarımfinalın cavab oyununda Braziliya təmsilçisi “Flamenqo” ilə qarşılaşıb.

İlk görüş kimi cavab matçı da 0:0 hesabı ilə başa çatıb. Finalçının adına penaltilər seriyasında aydınlıq gəlib.

“Estudiantes” penaltilərdə 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Muslera rəqibin 3 penalti zərbəsini dəf edərək komandasının uğurunda həlledici rol oynayıb. 40 yaşlı uruqvaylı qapıçı matçın qəhrəmanına çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью