Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Uruqvaylı qapıçı Fernando Musleranın sayəsində Argentinanın "Estudiantes"i "Kopa Libertadores" turnirində finala yüksəlib.
“Yeni Sabah” xəbər verir ki, "Marakana" stadionunda keçirilən yarımfinalın cavab matçında "Flamenqo" ilə qarşılaşan "Estudiantes" əsas vaxtı 0:0 hesabı ilə başa vurub.
Oyun sonrası keçirilən penalti seriyasında 40 yaşlı Muslera rəqibin 5 penaltidən 3-ünü dəf edərək (Jorjinyo, Lukas Paketa və Bruno Henrikenin zərbələri) komandasına 3:2 hesablı qələbə qazandırıb. pizza hut
"Estudiantes" noyabrın 28-də Montevideodakı məşhur "Sentenario" stadionunda baş tutacaq həlledici final oyununda Braziliya nəhəngi "Palmeyras" ilə üz-üzə gələcək.