Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Ən-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya yığmasına çağırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Portuqaliya millisinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yığma komanda oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan milliləri ilə qarşılaşacaq.
Portuqaliya yığması iki turdan sonra 6 xalla F qrupunda liderdir. 40 yaşlı Ronaldo yığmada keçirdiyi 223 matçda 141 qol vurub və 45 məhsuldar ötürmə verib.