40 yaşlı Ronaldo liderdir

08.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştiano Ronaldo 16 qolla Səudiyyə Ərəbistanı futbol çempionatının bombardiridir.

İdman.biz xəbər verir ki, bu mövsüm ən məhsuldar oyunçuların siyahısında ikinci yerdə 14 dəfə fərqlənən “Əl-İttihad”ın 37 yaşlı hücumçusu Kərim Benzema qərarlaşıb.

“Əl-Hilal”ın hücumçuları - braziliyalı Markos Leonardo və serbiyalı Aleksandr Mitroviç, həmçinin "Əl-Şabab"lı Abderrazak Hamdallah hərəyə 12 qol vurublar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью