40 yaşlı Ronaldo Portuqaliya millisinə ÇAĞIRILDI

31.08.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliya millisinin DÇ-2026-nın seçmə mərhələsində Ermənistan və Macarıstanla oyunlar üçün heyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, yığmanın heyətinə "Əl-Nəsr"in 40 yaşlı məşhur hücumçusu Kriştiano Ronaldo da daxil edilib.
A Seriyasının ilk turunda zədələnən "Milan" oyunçusu Rafael Leau iştirak ərizəsindən kənarda qalıb.
Portuqaliya millisinin heyəti:
Qapıçılar: Dioqo Kosta (“Portu”), Rui Silva (“Sportinq”), Xose Sa (“Vulverhempton”);
Müdafiəçilər: Dioqo Dalot ("Mançester Yunayted"), Joao Kanselo ("Əl Hilal"), Ruben Dias ("Mançester Siti"), Renato Veyqa ("Vilyarreal"), Antonio Silva ("Benfika"), Nuno Mendeş (PSJ), Qonsalo İnasio ("Sportinq");
Yarımmüdafiəçilər: Joao Palinya ("Tottenhem"), Joao Neves, Vitinya (hər ikisi PSJ), Ruben Neves ("Əl-Hilal"), Bruno Fernandeş ("Mançester Yunayted"), Bernardo Silva ("Mançester Siti");
Hücumçular: Kriştiano Ronaldo (“Əl-Nəsr”), Pedro Neto (“Çelsi”), Fransisko Trinkao (“Sportinq”), Fransisko Konseysao (“Yuventus”), Qonkalo Ramos (PSJ), Pedro Qonçalve (“Sportinq”), Joao Feliks (“Əl-Nəsr”).
Xatırladaq ki, Roberto Martinezin komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ermənistan (6 sentyabr) və Macarıstan (9 sentyabr) ilə qarşılaşacaq. Hər iki görüş səfərdə olacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью