40 yaşlı Ronaldudan möhtəşəm statistika

15.10.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Portuqaliyalı ulduz Kriştianu Ronaldu milli komandada inanılmaz performansını davam etdirir.

Fanat.Az xəbər verir ki, futbolçu Portuqaliya millisinin heyətində keçirdiyi son 9 oyunda 10 qol vurmağı bacarıb.

Bu oyunlar ərzində o, Polşa, Danimarka, Almaniya, İspaniya, Ermənistan, Macarıstan və İrlandiya kimi komandaların qapısından top keçirməklə məhsuldarlığını bir daha sübut edib.

Fiziki hazırlığı və peşəkar yanaşması sayəsində Ronaldu hələ də Avropanın ən təsirli hücumçularından biri kimi fərqlənir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью