40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər

14.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər

“Real”ın sabiq kapitanı Serxio Ramos karyerasında ilk dəfə İngiltərə Premyer Liqasında çıxış edə bilər.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 40 yaşlı müdafiəçi “Aston Villa” ilə danışıqlar aparır. Tərəflərin razılığa gəlməyə yaxın olduğu və Ramosun gələn həftə tibbi müayinədən keçəcəyi bildirilir.

Xatırladaq ki, Ramos “Real”la 4 dəfə Çempionlar Liqasının qalibi olub, İspaniya millisi ilə dünya və 2 dəfə Avropa çempionu adını qazanıb. O, karyerasında PSJ, “Sevilya” və “Monterrey”də də çıxış edib. Sonuncu klubundan 2025-ci ilin dekabrında ayrılıb.

Qeyd edək ki, Ramos indiyədək İngiltərədə rəsmi matç keçirməyib. “Aston Villa”ya keçəcəyi təqdirdə o, Premyer Liqanın ən yaşlı futbolçularından biri olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью