400 dən çox məktəb bağlandı

05.10.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Fransada orta məktəb şagirdlərinin ölkə daxilində həyata keçirdiyi kütləvi etiraz aksiyaları təhsil sistemində ciddi axsamalara səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, TF1 telekanalının yaydığı məlumata görə, şagirdlərin keçirdiyi aksiyalar və tətil dalğası nəticəsində oktyabrın 5-də ölkə üzrə 400-dən çox orta məktəb qapılarını şagirdlərin üzünə bağlamalı olacaq.

Ölkə miqyasında təhsil müəssisələrinin girişlərinin bloklanması və aksiyaların genişlənməsi fonunda polis gücləndirilmiş iş rejimində çalışır. Məktəblərin fəaliyyətinin iflic olması ilə yanaşı, nümayişlər zamanı baş verən qarşıdurmalar səbəbindən artıq minlərlə etirazçı saxlanılıb. Şagird həmkarlar ittifaqları və tələbə təşkilatları tələbləri yerinə yetirilməyənədək aksiyaları davam etdirəcəklərini bəyan ediblər. pizza mizza

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью