400 il əvvəl dəfn edilən balina ovçularının qəbirləri əriyib

13.03.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

İqlim dəyişiklikləri səbəbindən Norveçin Şpitsbergen adasında XVII-XVIII əsrlərə aid balina ovçularının qəbirləri buz qatının əriməsi nəticəsində üzə çıxıb.

BAKU.WS "Vechernyaya Moskva"ya istinadən xəbər verir ki, bu qəbiristanlıq əvvəllər donmuş torpaq sayəsində qorunurdu. Lakin indi buzlaqların əriməsi tabutları açığa çıxarıb. Tabutlar eroziyanın təsiri altında parçalanaraq dənizə axıb.

Norveç Mədəni İrs Tədqiqatları İnstitutunun alimləri "Şkafdakı skeletlər" adlı layihə çərçivəsində qalıqları yoxa çıxmazdan əvvəl öyrənməyə çalışır.

Mütəxəssislər dəyişən mühit şəraitində mədəni irsin qorunması üçün təcili tədbirlərin görülməsinə çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью