400 məktəbin təmirə ehtiyac var Nazir

20.11.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“400 məktəbin əsaslı təmirə və yenidən tikilməsinə ehtiyac var. Son 4 il ərzində 500-ə qədər məktəbi şagirdlərin istifadəsinə vermişik. 4 il əvvəl bizim 950 qəzalı məktəbimiz var idisə, bu gün bu say 400-dür”.

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, müəyyən ardıcıllıqla məktəblər təmir edilir və ya yenidən tikilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью