400 nəfər Pfizer i məhkəməyə verdi

03.06.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin tanınmış dərman şirkəti Pfizer-in geniş istifadə olunan Depo-Provera adlı doğumdan qorunma iynəsinin beyin şişi riskini artırdığına dair son araşdırmadan sonra yüzlərlə qadın şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

News24.az xəbər verir ki, təxminən 400 iddiaçı adından verilən açıqlamada, şirkətlərin Pfizer və inyeksiya edilə bilən doğum nəzarət iynəsi və təhlükəli şişlər arasındakı əlaqəni bildiklərini, lakin istifadəçiləri lazımi şəkildə xəbərdar etmədiklərini iddia ediblər.

British Medical Journalda dərc olunan bir araşdırma, bir il və ya daha uzun müddət progestin əsaslı iynələrdən istifadə edən şəxslərdə meningioma - beyin şişi riskinin 5,6 dəfə artdığını ortaya qoyub.

Onu da qeyd edək ki, adətən yavaş inkişaf edən bu şiş, beyin və onurğa beynini əhatə edən qoruyucu toxuma qatlarında yaranır

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью