400 nəfər toyuq plovdan ZƏHƏRLƏNDİ

31.08.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Bursa əyalətində keçirilən şənlikdən sonra təxminən 400 nəfər tibbi yardıma müraciət edib.

”Cebheinfo.az” xəbər verir ki, rəsmi dairələr toyuq və düyü yedikdən sonra zəhərlənən 367 vətəndaşın Orhaneli Xəstəxanasına və bir neçə digər müəssisəyə tibbi yardım üçün müraciət etdiyini açıqlayıb.

Məlumata görə, müalicə alanlardan 74-ü xəstəxanaya yerləşdirilib, onların əksəriyyəti artıq evə buraxılıb, 23-ü isə tibbi müşahidə altındadır.

Yemək nümunələri götürülüb və hadisə ilə bağlı araşdırma başlanılıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью