Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyanın məlum olan ən qədim yemək reseptləri Mesopotamiyada, Babilistana aid 4000 illik gil lövhələrdə kəşf edilib. Yel Universitetində qorunan və eramızdan əvvəl 1730-cu ilə aid edilən bu mixi yazılı sənədlər qədim dövrün kulinariya sirlərini günümüzə çatdırır.
Hassivşünas Qoyko Barjamoviçin rəhbərlik etdiyi beynəlxalq komanda bu sirli reseptləri elmi metodlarla yenidən canlandırmağa nail olub. Tədqiqatlar nəticəsində bəlli olub ki, qədim Babil mətbəxi təkcə yerli ləzzətlərdən ibarət olmayıb, həm də ticarət əlaqələri sayəsində İran mənşəli "Elam şorbası" kimi xarici təamları da əhatə edib.
Lövhələrdəki ən diqqətçəkən resept "Tuh'u" adlanan çuğundurlu quzu əti pörtləməsidir. Quzu piyində qızardılan ətə çuğundur, keşniş, kəvər və sarımsaq əlavə edilərək hazırlanan bu zəngin xörək müasir İraq mətbəxi ilə demək olar ki, eyni dad profilinə malikdir. Reseptlərdə dəqiq ölçülər göstərilməsə də, zirə və sarımsaq kimi inqrediyentlərin 40 əsrdir dəyişmədən istifadə edildiyi üzə çıxıb.
Mütəxəssislər bildirirlər ki, qədim Mesopotamiyada xəmirə bükülmüş quş əti kimi mürəkkəb təqdimat formaları o dövrün "yüksək mətbəx" mədəniyyətindən xəbər verir. Bu tarixi mirasın izlərinə orta əsr ərəb mətbəxində və bugünkü Yaxın Şərq təamlarında hələ də rast gəlinir.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Hassivşünas Qoyko Barjamoviçin rəhbərlik etdiyi beynəlxalq komanda bu sirli reseptləri elmi metodlarla yenidən canlandırmağa nail olub. Tədqiqatlar nəticəsində bəlli olub ki, qədim Babil mətbəxi təkcə yerli ləzzətlərdən ibarət olmayıb, həm də ticarət əlaqələri sayəsində İran mənşəli "Elam şorbası" kimi xarici təamları da əhatə edib.