400dən çox məktəbin təmir edilməsinə ehtiyac var AÇIQLAMA | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tovuz rayonu Aşağı Quşçu kənd məktəbində baş verən zəhərlənmə hadisəsi gündəmdədir.
Bu hadisə təhlükəsizlik qaydalarına yetəri qədər diqqət edilmədiyini göstərir.
Məlum hadisə eyni zamanda günümüzdə hələ də bəzi məktəblərin qaz sobası ilə isidilməsi məktəb infrastrukturunda çatışmazlıqların olduğunu da ortaya çıxardı.Məsələyə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında münasibət bildirib.
O qeyd edib ki, məktəb infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir:“Azərbaycanda məktəb infrastrukturunun yenilənməsi ilə bağlı son illərdə ciddi işlər görülür.
Şəhər məktəbləri əsaslı şəkildə yenidən bərpa olunur. Deməzdim ki, kənd yerlərində, eləcə də ucqar ərazilərdəki məktəblərinin hamısı bərbadd
Ən ucqar kəndlərdə də yeni məktəblər tikilir və ya təmir olunur.
Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyilə məktəblərin yenidən qurulması bu gün də davam edir.
Tam oxu
Xəbəri oxu