4086 sı satıldı, az qaldı, az...

28.05.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 31-də ölkə kubokunun finalında “Qarabağ”la “Sabah” üz-üzə gələcək. Sumqayıtda keçiriləcək matçın biletləri satışdadı. Peşəkar Futbol Liqası ötən həftə 2500 biletin sahibini tapdığını açıqlamışdı.

Bəs hazırda nə qədər bilet satılıb? Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az”a verdiyi məlumata görə, satılan biletlərin sayı 4086-ya çatıb.
Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, uyğun olaraq, 3, 5, 10, 15, 20, 30 və 50 manat ("VIP Lounge") təşkil edir.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью