41 153 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib

03.07.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-iyun ayları ərzində 41 153 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ödəniş edilib.

Bu barədə APA-ya DSMF-dən məlumat verilib.

Bildirilib ki, müavinət ödənişləri 19 148 nəfər qız, 22 005 nəfər oğlan uşağına görə aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью