Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, 41 qadının maddi qazanc qarşılığında ümumilikdə 811 dəfə yumurta hüceyrəsi satdığı iddia olunur.
Türkiyənin ədliyyə naziri Akın Gürlek istintaq çərçivəsində 53 şübhəli barəsində hüquqi tədbirlərin görüldüyünü, onlardan 36-sının saxlanıldığını açıqlayıb.
Araşdırma Türkiyə ilə yanaşı Şimali Kipr Türk Respublikası (ŞKTR), Albaniya və Gürcüstanı əhatə edir. Şübhəlilər qanunsuz reproduktiv hüceyrə ticarətində ittiham olunurlar. İstintaq CİMER-ə daxil olan məlumatdan sonra İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən başladılıb.
İstintaq zamanı telefon danışıqlarının qeydləri, Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) məlumatları, şübhəlilərin xarici səfərləri və digər sübutlar araşdırılıb. Nəticədə Türkiyə vətəndaşı olan qadınların pul müqabilində yumurta hüceyrələrini satmaq məqsədilə xaricə yönləndirildiyi iddia edilib.
Əməliyyatlar zamanı bir təşkilat rəhbəri, beş idarəçi, 41 qadın donor, iki mama-ginekoloq və dörd səyahət təşkilatçısı olmaqla, ümumilikdə 53 şübhəli müəyyən edilib. Onlardan birinin həbsdə olduğu, 7 nəfərin isə xaricdə olduğu bildirilir.
Hazırda ümumilikdə 16 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İstintaq çərçivəsində onların qanunsuz ticarətdəki rolları və digər mümkün əlaqələri araşdırılır.
Ədliyyə naziri Akın Gürlek insan bədənindən qanunsuz qazanc əldə edən şəxslərə qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.
Həmidə İbrahimova