41 yaşında yeni müqavilə Modriç “Milan”da qalır

21.07.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Luka Modriç karyerasını daha bir mövsüm “Milan”da davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə italiyalı insayder Canluka Di Martsio məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa çox yaxındırlar.

Modriç 2025-ci ilin yayında azad agent kimi “Real”dan ayrılaraq “Milan”a keçib. O, İtaliya klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Təcrübəli futbolçu ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Xorvatiyalı yarımmüdafiəçinin sentyabrda 41 yaşı tamam olacaq.

Qeyd edək ki, Luka Modriç peşəkar karyerası ərzində “Dinamo” (Zaqreb), “Zrinski Mostar”, “İnter Zapreşiç”, “Tottenhem”, “Real Madrid” və “Milan”ın formasını geyinib.

“Beşiktaş”dan Trossard qərarı: UEFA siyahısına salınmadı "Qalatasaray"ın növbəti rəqibi: Fransa klubu İstanbula gəlir Messidən komanda yoldaşlarına: “Bu, son oyunumdur” ÇL: "Fənərbaxça" "Qornik"ə qarşı - YENİLƏNİR "Benfika" Duranı icarəyə götürdü - Rəsmi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью