41 yaşlı ananın körpəsini dənizə atmasının SƏBƏBİ+VİDEO

26.11.2025

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bakıda üçgünlük körpə dənizə atılıb. Şübhəli kimi onun 41 yaşlı anası saxlanıb.
Bakupost.az xəbər verir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.
Noyabrın 11-də Bakı şəhər sakini 41 yaşlı Pərvanə Eyvazovanın üçgünlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Dərhal hadisə yerinə baxış keçirilib və meyitin tapılması istiqamətində tədbirlər görülüb. Hüquq-mühafizə orqanlarınan əldə etdiyimiz məlumata görə, dənizə atılan körpənin meyiti hələlik tapılmayıb.
Məlumatlara görə, Pərvanə Eyvazova ailə həyatı qurduqdan sonra Türkandan Binə qəsəbəsinə köçüb. O, bir neçə il əvvəl həyat yoldaşından rəsmi ayrılsa da, onlar 3 uşaqla birlikdə yaşayıblar.
Qadının ata evinə gedib hadisənin hansı şəraitdə baş verməsini öyrənməyə çalışdıq. Ailənin gəlini kamera qarşısında danışmadı, amma şifahi olaraq bildirdi ki, qayınatası və qaynanası xəstədir, həyat yoldaşı, yəni Pərvanənin qardaşı isə xaricdə işləyir.
Pərvanənin ata evi ilə qonşu olanlar isə eşitdikləri bu xəbərdən çox təəccübləniblər.
Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakupost.az mövzu ilə bağlı "Xəzər" TV-nin videomaterialını təqdim edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью