Icma.az, Qol.az saytına istinadən bildirir. “Flumininse” Felipe Melo ilə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə Braziliya klubunun yaydığı açıqlamada bildirilib. 41 yaşlı futbolçu son 3 mövsümü bu komandada keçirib.
Felipe Melonun müqaviləsinin müddəti dekabrın 31-də başa çatıb. O, bu klubla 3 titul qazanıb.
Xatırladaq ki, Felipe Melo Braziliya klubları ilə yanaşı, Avropada “Malyorka”, “Rasinq”, “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray” və “İnter”də də çıxış edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.