41 yaşlı kişini maşın vurub öldürdü Foto

06.07.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü rayon sakini Amid Əsgərovu minik avtomobili vurub. O aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью