41 yaşlı Modriç yenə tarix yazdı

27.09.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Millətlər Liqasının I turunda (A Liqası) Çexiya və Xorvatiya yığmaları qarşılaşıblar. Komandalar Çexiyanın paytaxtı Praqadakı "Fortuna Arena" stadionunda üz-üzə gəliblər. Görüşün baş hakimi italiyalı Simone Sotsa olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.

47-ci dəqiqədə Xorvatiya millisinin 41 yaşlı yarımmüdafiəçisi Luka Modriç hesabı açıb. Futbolçu milli komandanın heyətində keçirdiyi 203-cü matçda fərqlənib. 54-cü dəqiqədə Çexiya millisinin yarımmüdafiəçisi Adam Karabets hesabı bərabərləşdirib. 77-ci dəqiqədə yarımmüdafiəçi Marko Paşaliç Xorvatiyanın ikinci qolunu vurub. 79-cu dəqiqədə çexiyalı yarımmüdafiəçi Matey Radostanın vurduğu qol VAR-ın qərarı ilə ofsayd səbəbindən ləğv edilib.

Millətlər Liqasının A Liqasının III qrupunda yer alan digər iki komanda İspaniya və İngiltərə yığmalarıdır. Qrupda II turun oyunları sentyabrın 29-da, çərşənbə axşamı keçiriləcək. Çexiya İngiltərəni qəbul edəcək, Xorvatiya isə səfərdə İspaniya ilə qarşılaşacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью