41200 manat uğrunda mübarizə aparacaqlar

08.11.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 11-17-si aralığında beynəlxaıq “Gəncə Open” şahmat turniri keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, ən güclülərin yer aldığı A qruounda 80 şahmatçı mübarizə aparacaq. Azərbaycanı 21 şahmatçı təmsil edəcək ki, onların arasındaMisrətdin İsgəndərovla Vüqar Rəsulov da var. Turnirin reytinq favoriti hindistanlı Sethuramandı (2572). İsgəndərov (2543) bu göstəricidə 3-cü pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçiriləcək, 9 turdan ibarət olacaq “Gəncə Open”in mükafat fondu 41200 manatdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью