Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Dünyaca məşhur müğənni Avril Lavin 42 yaşında ilk dəfə ana olub.
Axşam.az xəbər verir ki, “Complicated” və “Sk8er Boi” hitləri ilə tanınan kanadalı ifaçı qız övladının dünyaya gəldiyini açıqlayıb. Sənətçi noyabrın 13-də sosial şəbəkə hesabında yeni doğulan körpəsinin fotolarını paylaşıb.
Şəkillərdə Avrilin qucağında körpəsi, eləcə də ailənin əllərindən tutan balacanın görüntüləri yer alıb. Müğənni paylaşımına “Balaca şahzadəmiz dünyaya gəldi” sözlərini yazıb.
İfaçı övladının atasının kimliyini açıqlamayıb.
Qeyd edək ki, Avril Lavin daha əvvəl iki dəfə ailəli olub. O, ilk dəfə “Sum 41” qrupunun solisti Derik Uibli ilə ailə qurub. Cütlük 2009-cu ildə boşanıb. 2013-cü ildə isə “Nickelback” qrupunun solisti Çad Kroeger ilə nikah masasına əyləşib. Onlar 2015-ci ildə ayrıldıqlarını açıqlayıblar.
Müğənni daha sonra musiqiçi Mod Sunla münasibətdə olub, 2023-cü ildə isə reper Teyqa ilə adı hallanıb.