42 yaşında xərçəngin qurbanı oldu

31.03.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı komediyaçı, aktyor Aleks Duonq vəfat edib.

Axşam.az xəbər verir ki, 42 yaşlı aktyor nadir və aqressiv xərçəng xəstəliyi ilə bir il davam edən mübarizədən sonra dünyasını dəyişib.

O, ölümündən bir gün əvvəl xəstəxanada septik şoka düşüb.

Qeyd edək ki, Duonqun alveolyar rabdomiosarkoma diaqnozu 2025-ci ilin əvvəlində baş ağrılarından sonra sol gözündə yaranan şişkinlikdən sonra qoyulub. Bir müddət sonra aktyor həmin gözündə görmə qabiliyyətini itirib. Xərçəngi sonda onurğasına metastaz verib və fevraldan etibarən Duonq yataq xəstəsi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью