42 yaşlı Beren Saat ana olur

27.10.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Türkiyəli aktrisa Beren Saat və müğənni Kenan Doğulu ilə bağlı yayılan xəbər diqqət çəkib.

Milli.Az xəbər verir ki, uzun müddətdir valideyn olmaq istədikləri deyilən cütlüklə bağlı bu dəfə sevindirici iddia ortaya atılıb. 42 yaşlı aktrisanın hamilə olduğunu göstərdiyi irəli sürülən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Beren Saat və Kenan Doğulu isə məsələ ilə bağlı hələlik ictimaiyyətə hər hansı açıqlama verməyiblər. Aktrisanın hamilə olması barədə məlumatın yaxın zamanda öz təsdiqini tapacağı gözlənilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью