42 yaşlı keçmiş məhkum narkotikə görə yenidən saxlanıldı

30.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 42 yaşlı R.Əsədov saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, ondan külli miqdarda narkotik vasitə tiryək, marixuana və 79 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью