42 yaşlı kişi binadan YIXILDI

16.11.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.

Redaktor.az  xəbər  verir ki, hadisə şəhərin İsax Cəfərov küçəsi, bina 3 ünvanında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev ehtiyatsızlıq nəticəsində yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

O, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. Hazırda zərərçəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır (oxu.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью