42 yaşlı kişi maşını divara çırpdı

05.12.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata əsasən, Qax şəhər sakini, 42 yaşlı Ramin Mustafayev "Volkswagen" markalı minik avtomobilində idarəetməni itirərək maşını divara vurub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью