43 il sonra azadlığa çıxdı! Suriya hərbi pilotu Raghid alTatarinin ŞOK HEKAYƏSİ Yeni Gündəm

10.12.2024

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya hərbi pilotu Raghid al-Tatari, Hafiz Əsəd rejiminin əmrinə tabe olmadığı üçün həbs edilib. O, yalnız idi, 43 illik həbsdən sonra azadlığa çıxa bilib. O, 1981-ci ildə Hama şəhərində baş verən etirazlar zamanı Hafiz al-Əsədin “şəhəri bombalayın və yerlə bir edin” əmrini yerinə yetirməkdən imtina etmişdi.

Raghid al-Tatari bu əmri yerinə yetirməkdən imtina etdiyi üçün Əsəd rejiminin qəzəbinə tuş gəldi və azadlıqdan məhrum edildi.

Hama etirazlarının qan içində yatırıldığı illərdə, bir çox hərbi pilot Hafiz al-Əsədin əmrlərini icra edərək şəhəri bombaladı. Lakin al-Tatari bu əmri yerinə yetirməkdən imtina edən yeganə pilot idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью