43 ilin diplomatı, 23 illik işini itirən Xalq artisti, rütbəsindən məhrum edilən rəis | Ic…
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər il olduğu kimi bu il ərzində də çox sayda şəxs vəzifələrini itirdi və ya yeni vəzifəyə təyinat aldı.
Ölkə.Az bu il ərzində Prezident İlham Əliyevin sərəncamları əsasında vəzifədən azad edilən şəxslərin siyahısını təqdim edir: İlk olaraq yanvarın 29-da İlqar Mustafayev Prezident İlham Əliyev sərəncamı ilə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, onun yerinə Xanlar Adil oğlu Ağalarov gətirilib.
İlqar Mustafayev Vəzifəsini itirən İ.Mustafayev sentyabrın 17-də isə həbs edilib.
Sabiq sədr 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəməkdə, israf yolu ilə talamaqda, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməkdə və vəzifə saxtakarlığı törətməkdə şübhəli bilinir.
24 il ədliyyə naziri vəzifəsində çalışmış Fikrət Məmmədov da bu il vəzifəsini itirənlər sırasındadır.
Fevralda işdən çıxarılan nazir daha sonra Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Fikrət Məmmədov Aprelin 16-da Aydın Münsüf oğlu İbadov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən göndərilib.
Tam oxu
Xəbəri oxu