43 illik evliliyi xəyanət bitirdi

15.11.2024

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

43 illik evliliyi xəyanət bitirdi

Prodüser əri Şükrü Avşarın öz pulu ilə qurduğu şirkətdən qazandığı sərvəti sevgililərinə xərclədiyini iddia edən Hüsniyə Avşar boşanmaq üçün məhkəməyə müraciət edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, prodüser Şükrü Avşar həyat yoldaşından 5 mənzil və 2 avtomobil qarşılığında razılaşaraq boşanıb.

Boşanmaq üçün məhkəməyə müraciət edən Hüsniyə Avşar ərinin onu dəfələrlə aldatdığını və qadın ləyaqətinə xələl gətirdiyini iddia edib.

Ərinin ondan aldığı sərmayə ilə qurduğu şirkətdən qazandığı sərvəti sevgililərinə xərclədiyini iddia edən Hüsniyə Avşar Avşar film şirkətinə qarşı tədbir görülməsini tələb edib.

Son davada aliment istəmədiyini bildirən Hüsniye Avşar ərindən razılaşma yolu ilə boşanıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью