Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Milan” klubu “Nottingem Forest”in hücumameylli yarımmüdafiəçisi Omari Hatçinsonu heyətinə cəlb etməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Tərəflər 22 yaşlı ingiltərəli futbolçunun keçidi üzrə tam razılığa gəliblər. Yarımmüdafiəçi A Seriyası təmsilçisinə satınalma opsiyası ilə icarə əsasında qoşulacaq.
Hatçinsonun qısa zamanda tibbi nəzarətdən keçərək “qırmızı-qaralar” ilə rəsmi müqavilə bağlaması gözlənilir.
“Nottingem Forest” oyunçunu ötən yay “İpsviç Taun”dan təxminən 43,4 milyon avroya rənglərinə bağlamışdı. O, geridə qalan mövsümdə aktivinə 1 qol və 5 məhsuldar ötürmə yazdırıb.