43 nəfər xilas edilib Ötən həftənin xronikası

10.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 43 nəfər xilas edilib, 4-ü azyaşlı olmaqla 20 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfərin meyiti təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью