Icma.az, Kulis.az saytına istinadən bildirir. Kulis.az Malik Atilayın "Nazım Hikmətin qatil dostu" adlı yazısını təqdim edir.
Böyüdüyüm məhəllədə illər-illər əvvəldən danışılarkən bizim küçədə, bizim tində yayın isti günlərində pivə içə-içə hansısa "qanuni oğru" ilə professorun nərd oynamasından bəhs edilirdi həmişə.
Bu səhnə məhəlləmizin içində dünyadan başqa bir aləm qurduğunun kiçik nümunələrindən sadəcə biri idi.
İlk dəfə Nazım Hikmətin qatil dostu barədə oxuyanda, məhəlləmiz düşdü yadıma.
Bir tərəfdən isə "Nazım kimi bir şairlə 43 nəfərin qatili hansı ortaq nöqtədə görüşə bilərdilər?", - deyə düşünməyə başladım.
Abdullah Palaz - Bursa Həbsxanasında Nazımla tanış olan, 43 nəfəri öldürüb, bəlkə də, yüzlərlə insanı yaralayan bir cani.
Törətdiyi bütün cinayətlərdə özünü haqlı görən, ətrafındakılar tərəfindən "dayı" olaraq, Türkiyə tarixində isə "Antep Canavarı" kimi bilinən Nazımın dostu.
Həbsxanın qorxulu qanunlarını yazanlardan biri olan Abdullah "dayı" bir gün yeni "yatap" olunan məhbusların gözünü qorxutmaq üçün onlara bıçaqla hücum edir.