Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeronda 43 yaşlı qadın dəm qazından boğularaq həyatını itirib.
Axar.az xəbər verir ki, hadisə ötən gün saat 19-20 radələrində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü E.Seyidova Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.