438 milyon manatlıq sahədə nəzarət necə dəyişəcək?

27.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deputat Vüqar Bayramov çıxış edərək ekoloji siyasət və maliyyələşmə məsələlərinə diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, deputat bildirib ki, ətraf mühitin qorunması Azərbaycan hökumətinin siyasətinin ana istiqamətlərindən biridir.

V.Bayramov fakt olaraq diqqətə çatdırıb ki, 2025-ci ilin dövlət büdcəsində bu sahəyə 374 milyon manat vəsait ayrıldığı halda, 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirələrində gələn il üçün bu məbləğin artırılaraq 438 milyon manata çatdırılması nəzərdə tutulur. Deputatın sözlərinə görə, ayrılan vəsaitlərin artması fonunda ekoloji məlumatlandırmanın, ətraf mühitin mövcud vəziyyətinin mühafizə edilməsinin və həyata keçirilən siyasətin məqsədyönlülüyünün təmin olunmasının böyük əhəmiyyəti var. Sezar pizza

Vüqar Bayramov qanun layihəsindəki müvafiq maddəyə əlavə olunmasını təklif edib ki, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin mütəmadi müşahidəsi və tədqiqi sistemi kimi təsbit edilsin. O vurğulayıb ki, bu dəyişiklik müşahidə və tədqiqat prosesinin mütəmadi həyata keçirilməsini və monitorinqin aparılmasının məcburi xarakter daşımasını hüquqi bazada dəqiq müəyyənləşdirməyə imkan verər.

Deputat, həmçinin ekoloji nəzarətin operativliyini artırmaq üçün qanun layihəsində yalnız illik hesabatların deyil, rüblük və yarımillik hesabatların da təqdim edilməsinin məcburi qaydada nəzərdə tutulmasını təklif edib. O bildirib ki, bu cür tezliklə hesabatlılığın təmin olunması ətraf mühitdən istifadə edən şəxslərin fəaliyyəti nəticəsində hər hansı zərər yarandığı təqdirdə həmin fəsadların daha qısa müddətdə aradan qaldırılmasına şərait yaradacaq.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью