44 gün əvvəl itkin düşmüş marafonçu sağ tapıldı

04.08.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Braziliyada iyunun 19-da evdən çıxan və geri qayıtmayan marafonçu Daniel Ferreyra avqustun 1-də sağ tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dünən San-Paulu ştatının Paraquasu-Paulista şəhər polis idarəsi məlumat yayıb. 

44 gün əvvəl evdən xəbərsiz çıxan keçmiş idmançı polis idarəsində anası ilə görüşüb. Anasının bildirdiyinə görə, Danielin psixi problemləri varmış. Marafonçu isə hərəkətini şəxsi məsələlərlə əlaqələndirib və səbəbini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Daniel Ferreyra Tokio Olimpiadasında Braziliyanı təmsil edib. Cənubi Amerika rekordçusu olan Daniel dopinq qəbuluna görə 2024-cü ildə 5 illik diskvalifikasiyaya məruz qalıb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью