44 günlük müharibədəki gerçək drakonlar... VİDEO

28.03.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bir daha deyirəm: ölkədən gedəcəm, hansı ölkəyə gedəcəyimi sonra biləcəksiniz.

Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış aktyor və rejissor Rza Rzayev (Drakon) Axar TV-yə geniş müsahibəsində deyib.

O bildirib ki, ölkədən getməsi Azərbaycana qarşı küskünlüyü deyil:

“Bizim Azərbaycana sevgimiz əbədidir, ürəyimiz hər zaman Azərbaycanla döyünəcək. Hətta mənim imzam da Azərbaycanı ifadə edir. Xaricə film çəkmək üçün getmirəm, yaşamaq üçün gedirəm”.

Aktyor xatırladıb ki, 2-3 aydır ölkədən gedəcəyini anons edib, əlaqədar qurumlardan heç kim onunla əlaqə saxlamayıb:

“Müvafiq qurumlardan heç biri zəng edib demir ki, sən niyə ölkəni tərk edirsən? Az-çox tanınan şəxsin ölkədən gedəcəyinə niyə bəlli qurumlar reaksiya vermir? Əgər biz bu ölkədə heç kimə lazım deyiliksə, elə getsək yaxşıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью