44 günlük müharibədən sonra Türk dünyasının inteqrasiyası daha da güclənib | Icma.az
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bu gün ölkəmizdə bayram bayrama qarışıb.
Noyabrın 8-i həm Zəfər Günü, həm də əziz Şuşamızın işğaldan azad edildiyi gün - Şuşa Şəhəri Günüdür.
2020-ci ilin bu günü, düz 28 illik həsrətdən sonra üçrəngli Bayrağımız Şanlı Ordumuz tərəfindən yenidən Şuşa səmasında ucaldıldı.
Tariximizə qızıl hərflərlə yazılmış Böyk Zəfərimizin dördüncü ili tamam olur.
8 Noyabr – ilahi ədalətin və milli haqqımızın bərqərar olduğu, ərazi bütövlüyümüzün bərpa olunduğu müqəddəs gündür.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu rəhbərliyi və Ordumuzun misilsiz şücaəti ilə qazandığımız 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə bütün həmvətənlərimizi, o cümlədən şuşalı soydaşlarımızı ürəkdən təbrik edir, xalqımıza daim xoş və firavan günlər arzu edirik.Biz 4 il əvvəl erməni işğalçılarından təmizlənən Şuşanın mərkəzinə igid əsgərlərimiz, xüsusi təyinatlılarımız tərəfindən Azərbaycanın üçrəngli şanlı bayrağının sancıldığı anları yaxşı xatırlayırıq.
Həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edəndə, hamımız bu tarixi xəbəri ayaqda qarşıladıq.
Sevincimizin həddi-hüdudu yox idi. Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyinin həll olunması, düşmənin başı
Tam oxu
Xəbəri oxu