44 günlük müharibənin məşhur erməni polkovniki yenidən vəzifədə

28.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ermənistan Müdafiə Nazirinin keçmiş mətbuat katibi (2012-2020), polkovnik Artsrun Hovhannisyan yenidən nazirlikdə vəzifəyə təyin olunub. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

2020-ci ildə olan 44 günlük müharibədən sonra uzun müddət işsiz olan Artsrun Hovhannisyan bu dəfə parlamentin Müdafiə Komitəsinə ekspert kimi gətirilmişdi. Lakin sonra işdən çıxdı. 

"Joqovurd" qəzetinin məlumatınagörə, o, Müdafiə Nazirliyində xidmətə qayıdıb. 

Qeyd edək ki, adəçəkilən şəxs müharibə zamanı dezinformasiya və gülünc bəyanatları ilə gündəm olmuşdu. 

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью