Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, 44 günlük müharibənin qəhrəmanlarından biri olan zabitin 44 yaşı tamam olur.
Qeyd edək ki Anar Mehman oğlu Mirzəyev 25 oktyabr 1982-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldıqdan sonra 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlayıb. Xidməti illərində müxtəlif məsul vəzifələrdə çalışaraq öz peşəkarlığı, iradəsi və Vətənə bağlılığı ilə seçilib.
2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edən A.Mirzəyev Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şücaət və fədakarlıq nümayiş etdirib. Göstərdiyi qəhrəmanlıq və xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.
O, həmçinin Birinci dərəcəli "Vətənə xidmətə görə" ordeni, Birinci dərəcə "Qüsursuz xidmətə görə", "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalları ilə təltif olunub.
A.Mirzəyev 2024-cü iyul ayında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi təyin olunub.