“44 günün hər anında Xalqımız bir ürək kimi döyündü”

08.11.2026

Icma.az bildirir, Olay.az portalına istinadən.

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, iş xanımı 44 günlük Vətən Müharibəsində lentə alınan kadrları paylaşaraq bu sözləri yazıb:

“Bu gün böyük Zəfərimizin qürur dolu 6-cı ildönümüdür.

Bu şanlı tarix xalqımızın əyilməz ruhunun, sarsılmaz iradəsinin ifadəsi, tarixi ədalətin bərpa edildiyi müqəddəs dönüş nöqtəsidir. 44 günün hər anında xalqımız bir ürək kimi döyündü, eyni ümidə sarıldı. Bu tarixi Zəfər Ali Baş Komandanın qətiyyətinin, rəşadətli ordumuzun gücünün və məğrur xalqımızın birliyinin qələbəsi, milli ruhun, həmrəyliyin təntənəsidir.

Bu gün Zəfərin ən gözəl ifadəsi də məhz Qarabağdadır! Prezident İlham Əliyev bu qələbəni azad edilən, yenidən canlanan torpaqlardakı quruculuqla yaşadır.

Abad etdiyi hər obada, hər kənddə, Vətənin hər qarışında Zəfəri yeni nəsillər üçün əbədi tarixə çevirir! O tarixə ki, onun ən parlaq səhifəsini qəhrəman şəhidlərimiz yazıb. Bu gün onların hər birinin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, canı bahasına dastan yazan qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью