44 milyon yox, seyfdən dərman çıxdı

13.08.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun müğənni Haluk Leventin Ahbap Dərnəyi ilə bağlı araşdırması çərçivəsində 44 milyon lirəlik pul hərəkəti ilə bağlı diqqətçəkən məlumatlar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, yayılan məlumatlara görə, istintaq sənədlərində 44 milyon TL-nin əvvəlcə 1 milyon dollara, daha sonra isə fiziki qızıla çevrildiyi qeyd olunub.

İddialara əsasən, dolların və qızılların təhvil alınması, həmçinin kirayə seyfinin açarının saxlanılması üçün müğənni Haluk Levent səlahiyyətləndirilib. Lakin avqustun 6-da açılan seyfdən qızıl çıxmadığı bildirilib. Seyfdə yalnız dərman qutuları və bir kitabın olduğu qeyd edilib.

Bu məlumatlardan sonra 44 milyon lirənin aqibəti, 1 milyon dolların harada olduğu və alındığı bildirilən qızılların taleyi ilə bağlı suallar yaranıb.

İstintaq sənədlərində Haluk Leventin əlilliyi olan bir qızın müalicəsi üçün ianə topladığı, lakin toplanan vəsaitin ailəyə verilmədiyinin də iddia edildiyi bildirilir.

Məlumata görə, uşağın müalicəsini Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum öz üzərinə götürüb.

Qeyd edək ki, sözügedən məlumatlar istintaq sənədlərindəki iddialara əsaslanır. Araşdırmanın nəticəsi və hüquqi məsuliyyət məsələsi məhkəmə qərarı ilə müəyyənləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью