44 min uşağa xidmət göstərilib | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində 2025-ci ildə əlilliyi olan 44,1 min uşağa xidmətlər göstərilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 29,4 mini ambulator, 2,2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Gülər “Cebheinfo.az” Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu