44 yaşlı kişi birlikdə yaşadığı qadını döydü

08.09.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Xətai rayonunda 44 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 18-də Xətai rayonu, Cavanşir küçəsində evlərdən birində baş verib.
Şamaxı rayon sakini, 1982-ci il təvəllüdlü Telman həmin gün, səhər saat 4 radələrində birgə yaşadıqları evin yataq otağında qeyri-rəsmi nikah münasibətində olduğu Firuzə (adlar şərtidir – red.) ilə mübahisə edib. Qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı 44 yaşlı kişi əl zərbəsi ilə qadının baş nahiyəsindən vurmaqla onu döyüb.
Faktla bağlı Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Firuzə ilə 2021-ci ilin yanvar ayından qeyri-rəsmi nikahdadır, övladları yoxdur:
“Bu evlilik həm Firuzənin, həm də mənim ikinci evliliyimdir. Ailəli olduğumuz müddət ərzində Firuzə ilə münasibətlərim normal olub. Lakin sonuncu dəfə, fevralın 18-də, saat 04 radələrində birgə yaşadığımız mənzilin yataq otağında olarkən aramızda spirtli içki içməyim və qısqanclıq səbəbindən mübahisə yarandı. Yaranmış mübahisə zamanı əsəbləşdiyim üçün Firuzəni sol əlim ilə bədənindən tutdum, sağ əlim ilə baş nahiyəsindən vurdum. Onu vurmaq niyyətində olmamışam, hadisə ani baş verib”.
Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, təqsirləndirilən şəxslə barışıb. Onun sözlərinə görə, qeyri-rəsmi münasibətdə olduğu kişiyə qarşı şikayəti, tələbi yoxdur.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью