“44”ün premyerası bu tarixdə olacaq

07.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Oktyabrın 1-i “44” bədii filminin premyerası olacaq. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Instagram” hesabında məlumat paylaşıb.

“Əziz dostlar!

1 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq. Daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq!” , - A.Ələkbərov qeyd edib.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью