Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bavariya"nın sabiq futbolçusu Tomas Müller Münhen klubunun UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən ilk oyun haqda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, alman futbolçu "Bayern & Germany"yə açıqlamasında Parisdə keçirilən və PSJ-nin 5:4 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanı yüksək qiymətləndirib:
“Bu, əsl futbol tamaşası idi. Hər iki komandanın göstərdiyi oyun sürət, ustalıq və intensivlik baxımından ən yüksək səviyyədə idi. Doqquz qol vurulsa da, müdafiədə fərdi keyfiyyətləri də xüsusi qeyd edərdim. Belə açıq və keyfiyyətli oyunlara nadir hallarda rast gəlinir”.
Hazırda ABŞ-ın "Vankuver Uaytkeps" klubunda çıxış edən 36 yaşlı hücumçu cavab matçının fərqli keçəcəyini vurğulayıb: “Düşünürəm ki, 60-cı dəqiqədən sonra komandalar daha çox nəticəni qorumağa çalışacaq. Hesabda öndə olan tərəf geri çəkiləcək, uduzan isə təşəbbüsü ələ almağa çalışacaq. Bu da oyunun gedişatını müəyyənləşdirəcək”.
O, Münhen klubunun şanslarını da dəyərləndirib: “4:5 hesabı faciə deyil. PSJ-nin üstünlüyü cəmi bir topdur və cavab oyununu öz meydanımızda keçiriləcək. "Bavariya"nın Parisdəki oyunu mənə Madriddəki matçlardan daha çox xoş gəldi. Komanda 2:5 uduzsa da, öz oyunundan imtina etmədi, xaotik hücumlara yox, planlı şəkildə geri dönüşə üstünlük verdi. Əgər eyni səviyyədə çıxış etsələr, bu matçı 1-2 top fərqi ilə qazana bilərlər”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 6-da Münhendə keçiriləcək.