45 il sonra bunu bacardılar

26.12.2024

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 18-ci turunda "Çelsi" öz meydanında "Fulhem"ə məğlub olub.

Metbuat.az xəbər verir ki, "Stemford Bric"də baş tutan qarşılaşmada Enzo Mareskanın rəhbərlik etdiyi "Çelsi" 1:2 hesabı ilə uduzub.

Matçın 16-cı dəqiqəsində Koul Palmer "Çelsi"yə üstünlük gətirən qolu vurub. Ancaq "Fulhem" 82-ci dəqiqədə Harri Uilson və 90+5-ci dəqiqədə Rodriqo Munizin vurduğu qollarla qələbəni təmin edib.

Bu məğlubiyyətdən sonra "Çelsi" ardıcıl ikinci dəfə xalsız qalıb, 35 xalla turnir cədvəlində mövqeyini qoruyub. "Fulhem" isə bu nəticə ilə xallarını 28-ə yüksəldib.

Qeyd edək ki, "Fulhem" 45 il sonra "Çelsi"ni səfərdə məğlub etməyi bacarıb. Son olaraq komanda 1979-cu ildə "Çelsi" üzərində səfər qələbəsi qazanmışdı. Növbəti turda "Fulhem" öz meydanında "Bornmut"u qəbul edəcək, "Çelsi" isə səfərdə "İpsviç Taun"la qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью