Olay.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyalı reper Timati yeni avtomobili “Bugatti W16 Mistral” üçün Rusiyada rekord gömrük rüsumu ödəyib.
OLAY yazır ki, 43 yaşlı sənətçi avtomobili təxminən yarım milyard rubla alıb və onun dəyərinin demək olar ki, yarısını, 244 milyon rublu (4500000 manat) utilizasiya rüsumu kimi ödəyib.
Məlumata görə, avtomobil Avropadan Qırğızıstan üzərindən Rusiyaya gətirilib və avqustun 18-də gömrükdən keçirilib.